Mitreskinin yenidən yığmaya çağırılmasının səbəbi müəyyənləşdi

Mitreskinin yenidən yığmaya çağırılmasının səbəbi müəyyənləşdi
XƏBƏR 22 Avqust 2011 / 12:46 1674
-  A +

“Neftçi” rəhbərliyi millidə oynamaqdan imtina edən makedoniyalı müdafiəçi İqor Mitreskinin yenidən Makedoniya yığmasına dəvət almasına aydınlıq gətirib.

Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az-ın müxbiri ilə söhbətində Mitreskinin yenidən yığmaya dəvət almasını Makedoniya Futbol Federasiyasının qərarı ilə izah edib.

Süleymanovun sözlərinə görə, federasiya rəhbərliyi təcrübəli müdafiəçi ilə əlaqə saxlayaraq, onu yenidən komandaya dəvət edib:

“Makedoniya Futbol Federasiyası Mitreski ilə əlaqə saxlayıb, onu yenidən yığmaya dəvət edib. Federasiya komandadakı gənc futbolçuları nəzərə alıb, onların təcrübə qazanması üçün Mitreskiyə növbəti dəfə dəvət göndərib”.

Qeyd edək ki, Makedoniya millisinin baş məşqçisi Con Toşak Mitreskini komandaya yığmaya dəvət etsə də, Georgiyevskinin xidmətinə ehtiyac duymayıb.

Son xəbərlər