Makedoniya milli komandasının baş məşqçisi Con Benjamin ToşakAvro-2012-nin seçmə mərhələsində keçirəcəkləri növbəti oyunlar üçün heyəti açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Uelsli mütəxəssis Rusiya və Andorra ilə görüşə Azərbaycan Premyer Liqasından 2 futbolçu çağırıb.
Bunlar müdafiəçilər – İqor Mitreski (“Neftçi”) və Robert Petrovdur (AZAL). Sonuncu dəfə Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə səfər oyununda meydana çıxan Mitreski həmin vaxt aldığı zədə nəticəsində 1 aydır oynamır. O, bu səbəbdən yığmasının avqustun 10-da Azərbaycan millisi ilə yoldaşlıq matçında da komandasından kənarda qalmışdı. Hətta İqorun “Neftçi”dəki həmyerlisi Slavço Georgiyevski kimi milli karyerasını bitirdiyi deyilsə də, Toşak təcrübəli müdafiəçiyə ehtiyac görüb. Ancaq təcrübəli çalışdırıcı yığmasının heyətində “Dalğa Arena”dakı görüşdə meydana çıxan Slavçoya etimad göstərməyib.
Qeyd edək ki, Toşakın makedonların baş məşqçisi postunda debütü sentyabrın 2-də Moskvada olacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar