Valentin Xodukin: “Oyun çox maraqlı alındı”

XƏBƏR 14 Mart 2009 / 18:17 2181
-  A +

“Hazırda təqvimdə sıxlıq olduğundan bəzi əsas heyətdə daim çıxış etməyən oyunçulara bu gün şans vermişdim. Sevindirici haldır ki, onlar etimadı doğrultdular”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunsonrası mətbuat konfransında “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis qələbə qazandıqlarına görə, sevindiyini söyləyib: “Qarşılaşma çox gərgin keçdi. Hər iki tərəf sürətli futbol oynadığından, azarkeşlər maraqlı qarşılaşmaya şahid oldular. Qələbə qazandığımıza görə, çox şadam. Çempionluq uğrunda mübarizəni sona qədər davam etdirəcəyik”.

Son xəbərlər