Mehman Allahverdiyev: “İkinci hissədə daha gözəl oyun nümayiş etdirdik”

Mehman Allahverdiyev: “İkinci hissədə daha gözəl oyun nümayiş etdirdik”
XƏBƏR 21 Avqust 2011 / 20:38 1655
-  A +

“Qarabağ” kimi avrokuboklarda öz sözünü demiş güclü komandaya qarşı oynayırdıq. Qurban müəllim çox yaxşı komanda qurub. Hər iki komandada zədəli futbolçular vardı. Biz yarımmüdafiəçilərin yerini dəyişib oynadıq”.

Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”la oyundan sonra təşkil olunmuş mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Mehman Allaheverdiyev səsləndirib.

Komandasının ikinci hissədəki oyunundan razı qalan təcrübəli mütəxəssis sonda azarkeşlərə təşəkkür edib:

“Erkən qol buraxmağımız və ikinci qolu da öz qapımıza vurmağımız oyunumuza pis təsir göstərdi. İkinci hissədə daha gözəl oyun nümayiş etdirdik. Azarkeşlərə də təşəkkürümü bildirirəm ki, güclü yağışın altında sona qədər komandalarını dəstəklədilər”.

Son xəbərlər