“Məncə, həmin epizodda penalti yox idi. Çünki qapıçı meydançanın ona aid hissəsində belə oynaya bilər. Lomaya topa çıxırdı. Ona görə də ayağının altında kimin olub-olmadığını görmürdü. Topa çıxanda, ayağı “Bakı”nın futbolçusunun sinəsinə dəydi”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov deyib. Dünən “İnter” və “Bakı” klubları arasındakı “paytaxt derbisi”ndə yaşanan hadisələrə münasibət bildirən Məmmədov görüşün baş hakimi Ramil Diniyevi qərəzli qərarlar verməkdə günahlandırıb.
“Oyunun əvvəlindən bizim əleyhimizə qərarlar verməyə başladı. Bir epizodda penalti vermisən. İkincidə niyə verirsən? Sifarişli hakimlik olduğunu deyə bilmərəm, amma dünən referi açıq-aşkar bizim əleyhimizə işləyirdi. Hamı da bunu görürdü. Tək penalti epizodunu demirəm, ondan əvvəl də qapımıza qayda pozuntusu olmadığı halda 50 dəfə cərimə zərbəsi təyin etdi. Olmayan şeyi verirdi. Bizə görə heç nə etmədi. Ancaq onlara görə çox şeyə al atdı”.
“İnter”in çempionatdan çəkilmək istəyi ilə bağlı sualımıza isə Məmmədovun cavabı belə olub: “Bunu mən bilmərəm. O, klub prezidentinin, baş məşqçinin işidir. Ona görə də bu məsələylə bağlı mən heç nə deyə bilmərəm”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar