Cavadov oynadı, "Volqa" darmadağın oldu

Cavadov oynadı, "Volqa" darmadağın oldu
XƏBƏR 21 Avqust 2011 / 21:42 6661
-  A +

Bu gün Rusiya Premyer Liqasında 21-ci turun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın hücumçusu Vaqif  Cavadovun şərəfini qoruduğu “Volqa” klubu səfərdə “Kuban”ın qonağı olub.

Cavadov bu dəfə meydançaya daha tez - 27-ci dəqiqədə daxil olub. Lakin onun meydana girməyi də komandasına kömək etməyib və Nijni-Novqorod təmsilçisi böyük hesabla məğlub olub.

Bu görüşə qədər aktivində 17 xal olan "Volqa" 13-cü pillədə qərarlaşmışdı.

"Kuban" - "Volqa" - 5:0
Qollar:
Traore, 20 (1:0), 45+1 (2:0), Bukur, 54 (3:0), Komkov, 71 (4:0), Davıdov, 89 (5:0) 

Son xəbərlər