Ağdamın "Qarabağ" klubu Premyer Liqanın III turu çərçivəsində sabah "Kəpəz"lə qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi sayıtna istinadən verdiyi məlumata görə, Gəncə klubu ilə görüşə "Qarabağ" çoxsaylı itkilərlə yollanıb.
Buna baxmayaraq əyalət derbisinə yetərincə maraq var. Ötən mövsüm tərəflərin Gəncədə baş tutmuş oyunu olduqca gərgin alınmış, 2-ci hissədə Adamiya fərdi ustalıqla vurduğu qolla "Qarabağ"a qələbə qazandırmışdı.
Sabah da ötən mövsümün bombardiri komandasının əsas ümidlərindən biri olacaq. Gürcü forvard klubun rəsmi saytına müsahibəsində III turun oyununu dəyərləndirib:
"Kəpəz"lə oyun çətin olacaq. Komandamızın bir neçə üzvü bu oyunda meydana çıxmayacaq. Üstəlik, gəncəlilər evdə yaxşı təsir bağışlayır. Azarkeş dəstəyindən də yararlanmaq istəyəcəklər. Meydanın durumu da elə də yaxşı deyil.
Amma bu o demək deyil ki, biz artıq oyuna məğlub çıxmışıq. "Qarabağ" istənilən halda meydana qələbə üçün çıxır. Meydana çıxacaq bütün futbolçularımızla da qələbəyə oynayacağıq. Bu futboldu. Hər şey ola bilər.
Çempionatın startında itirilənləri sonradan sığortalamaq mümkün olsa da, qazanılacaq xallar da sonradan çox xeyrimizə ola bilər. Ona görə də, baxımlı oyun olacağını düşünürəm. Nəticədən asılı olmayaraq meydanda maraqlı futbol olacaq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar