“Oyun çox gərgin keçdi. AZAL-la “Qəbələ” arasında matçlar hər zaman prinsipiallığı ilə seçilib. Komanda 10 nəfərlə pis təsir bağışlamadı. Azlıqda qaldıqdan sonra sonadək mübarizə apardılar. Mən oyundan razı qaldım”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində AZAL-la oyundan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Görüşün əvvəllərində Mahir Şükürovun qırmızı vərəqə görməsinə və komandasını azlıqda qoymasına münasibət bildirən klub rəsmisi həmin epizodda hakimin doğru qərar verdiyini söyləyib: “Hamı bilir ki, Mahir çox çılğın futbolçudur. Onda belə bir xüsusiyyət var. Amma gərək olmazdı. İndi olubsa, bundan sonra neynəmək olar? Baş məşqçi Toni Adams bu hərəkətinə görə onunla lazımı söhbətləri olacaq. Həmin epizodda referi düzgün qərar verdi və haqlı olaraq, futbolçumuza qırmızı vərəqə göstərdi”.
Oyunun sonlarında AZAL-ın futbolçusu Kristian Ruzin əllə vurduğu qolun matçın baş hakimi Əliyar Ağayev tərəfindən əvvəlcə qeydə alınması, sonra ləğv olunması ilə bağlı isə Nəcəfov bunları deyib: “Ola bilər. Normal bir şeydir. Gənc hakimdir. Əsas odur ki, yan xətt hakimi ilə köməkləşib haqqı bərpa elədilər”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar