Premyer Liqanın III turunun açılış oyununda qarşılaşan “Qəbələ” və AZAL klublarının görüşü hakim biabırçılığı ilə yadda qalıb.
Qol.Az-ın məlumatına görə, matçın 84-cü dəqiqəsində qonaq komandanın hücumçusu Kristian Ruiz əllə topu Doroşevsin qoruduğu qapıdan keçirib. Oyunun baş hakimi Əliyar Ağayev əvvəlcə qolu hesaba alıb və mərkəz nöqtəni göstərib. Ancaq yerli azarkeşlərin və "Qəbələ"li futbolçuların haqlı etirazını görən Ağayev sonradan köməkçisi ilə məsləhətləşib və qolun qaydalar çərçivəsində vurulmadığına əmin olub. Yalnız bundan sonra gənc referi qərarını dəyişərək, AZAL-ın qolunu ləğv edib.
Ağayev həm də matçın 11-ci dəqiqəsində Mahir Şükürova göstərdiyi qırmızı vərəqə ilə də yadda qalıb. Düzdür, həmin epizodda Mahirin Zohair Benuahiyə qəsdən zərbə vurduğunu nəzərə alsaq, hakimin düzgün qərar qəbul etdiyini söyləmək olar. Ancaq AZAL-ın əllə vurduğu qolu nəzərə alan Ağayev bir daha Azərbaycan hakimliyinin və Hakimlər Komitəsinin işinin hansı səviyyədə olduğunu nümayiş etdirib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar