“Portu” iki il öncə “River Pleyt”dən 6 milyon avroya aldığı Radamel Falkaonun “Atletiko”ya transferindən 34 milyon avro qazanıb. Qol.Az-ın məlumatına görə, bu portuqaliya klubunda ilk belə hal deyil.
Bu günə qədər dünya futboluna xeyli sayda ulduz qazandıran “Portu” onların köməyi ilə həm yaxşı gəlir əldə edib, həm də bir çox yarışlarda uğur qazanıb. Ancaq “əjdahalar” bunu nə öz yetirmələri, nə də bahalı transferlər hesabına etməyib. Komandanın bu uğurunun başlıca səbəbi güclü seleksiyaçı-məşqçilərinin olmasıdır.
Beləliklə 2003-cü ildə o vaxtkı adı ilə UEFA kuboku, 2004-cü ildə Çempionlar Liqası, ötən mövsüm isə Avroliqanın qalibi olan “Portu”nun indiyə qədər ortaya çıxardığı və transferindən külli miqdarda gəlir götürdüyü futbolçuları təqdim edirik.
Pepe: 2004-cü ildə Portuqaliyanın “Maritimo” klubundan cəmi 1 milyon avroya transfer olunan müdafiəçi cəmi üç il sonra - 2007-ci ilin yayında 28 milyon avroya Madrid “Real”ına satılıb. “Portu” bu keçiddən 27 milyon avro qazanıb.
Lisandro Lopes: Argentinanın “Rasinq” klubunundan 3 milyon avroya alınan hücumçu 2009-cu ildə 20 milyon avro müqabilində “Lion”a transfer olunub. “Portu”nun Lopesin satışından götürdüyü qazanc 17 milyon avro olub.
Rikardu Karvalyo: 1996-2004-cü illərdə “Portu”da forma geyən müdafiəçi bu komandaya azad agent kimi gəlib. 2004-cü ildə “Çelsi”yə keçən futbolçu “Portu”ya 22 milyon avro qazandırıb.
Joze Bosinqva: 2001-ci ildə cəmi 1 milyon avroya “Portu”ya transfer olunan futbolçu 2008-ci ildə İngiltərəyə üz tutub. Müdafiəçisini “Çelsi”yə satan Portuqaliya klubu bu keçiddən 19 milyon avro gəlir götürüb.
Qeyd edək ki, “Portu” ötən mövsümün sonunda yollarını ayırdığı Andre Villaş-Boaşı “Çelsi”yə satarkən, ingilis klubundan 18 milyon avro təzminat alıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar