"Neftçi" klubunun 20 futbolçusu avqustun 21-22-dən etibarən Azərbaycanın müxtəlif yığma komandalarına dəvət olunub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi"nin 6 oyunçusu bu ayın 22-dən 24-dək Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında iştirak edəcək.
Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov və İngiltərənin "Everton" klubundakı yetirməmiz Araz Abdullayevlə yanaşı, Rəşad Abdullayev də milli komandanın düşərgəsində olacaq.
"Neftçi"nin 8 yetirməsi isə Azərbaycanın 21 yaşadək yığmasına dəvət alıb. Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Tərlan Quliyevlə yanaşı, "Sumqayıt Şəhər" klubuna icarəyə verilmiş futbolçular - Eşqin Quliyev, Orxan Həsənov, Kami Nurəhmədov və Emil Balayev, eləcə də Türkiyənin "Erciyesspor" klubunda çıxış edən Amit Quluzadə U-21 in heyətində Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına çağırılıb.
"Neftçi"nin əsas komandasının üzvləri - Seyidov, İmamverdiyev və Quliyev avqustun 28-dən, digərləri isə 22-dən toplanışa qatılacaqlar.
"Neftçi"nin daha 6 üzvü – Fəhmin Muradbəyli Kamran Nəcəfzadə, Elməddin Məmmədov, Pərviz Qaraxanov, Zeynal Zeynalov və Ceyhun Cəfərov isə Azərbaycanın U-16 və U-15 yığmalarına çağırılıblar.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar