Bu şənbə “Xəzər Lənkəran” Premyer Liqa çərçivəsində növbəti oyununa çıxacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi doğma arenada Tovuzun “Turan” klubunu qəbul edəcək.
Geridə qalan iki tur ərzində hər iki komanda öz meydanında keçirdiyi oyunlarda qələbə qazanıb. Lakin rəqib meydanında “Xəzər Lənkəran” AZAL-a qalib gəldiyi halda, “Turan” “İnter” səfərindən minimal məğlubiyyətlə dönüb. Ötən tur həm "Xəzər Lənkəran", həm də rəqib üç qol vurmağa nail olub.
Bu oyun “Xəzər Lənkəran”ın “Turan”a qarşı evdə səkkizinci oyunu olacaq. Geridə qalan yeddi oyunun altısında cənub təmsilçisi qalib gəlib. Yalnız bir dəfə komandalar Lənkəranda xalları yarı bölüb – 2006/2007 mövsümündə qolsuz heç-heçə qeydə alınmışdır.
Qazanılan altı qələbənin beşi isə “quru hesab”la əldə edilib. 2009/2010 mövsümündə keçirilən oyunda “Xəzər Lənkəran” 2:1 hesabı ilə qalib gəlib və qapısında qol görüb. Bu isə o deməkdir ki, yeddi il ərzində “Turan” yalnız bir dəfə Lənkəranda fərqlənməyi bacarıb. Ən böyük qələbə isə 2008/2009 mövsümünə aiddir – 5:0.
Ötən həftə Şüvəlanda debüt oyununa çıxan Deyan Rusiçə bu tur bir neçə yeni oyunçu da qoşula bilər. Branimir Subaşiç, Antonio Semedo, Zahid Quliyev və Habil Nurəhmədov “Turan”a qarşı oyunda ilk dəfə “Xəzər Lənkəran”ın formasını geyə bilərlər.
Komandanın heyətində ən çox görüş keçirmiş Alim Qurbanov bu tur meydana çıxarsa, bu onun “Xəzər Lənkəran” formasında 170-ci oyunu olacaq.
Qeyd edək ki, qarşılaşma avqustun 20-də saat 19:30-da Lənkəran Şəhər Stadionunda keçiriləcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar