“Beşiktaş” Bebeyə əvəzləyici tapdı

“Beşiktaş” Bebeyə əvəzləyici tapdı
XƏBƏR 19 Avqust 2011 / 13:24 1586
-  A +

“Beşiktaş” zədələndiyi üçün komandadan göndərilən Bebeyə əvəzləyici tapıb. Qol.Az-ın məlumatına görə, “qara qartal” potuqaliyalı hücümçunun boşluğunu  “Braqa”nın braziliyalı forvardı Rodriqo Lima ilə doldurmaq niyyətindədir.

Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. Futbolçunun Türkiyəyə gələrək, rəsmi müqavilə imzalaması an məsələsidir.

Hətta Portuqaliya klubu dünən Avroliqanın “play-off” mərhələsinin “Yan Boys”la ilk oyununda Limanın adını sifariş ərizəsinə daxil etməyib. Bu da ondan xəbər verir ki, 28 yaşlı futbolçu “Beşiktaş”a keçməyə çox yaxındır.

Son xəbərlər