“Qarabağ” bazar günü premyerliqanın III turunda “Kəpəz”lə qarşılaşacaq. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, tarixini 1992-ci ildən götürən “Qarabağ” – “Kəpəz” dueli sayca 38-ci dəfə baş tutacaq (4 oyun kubokda).
Tərəflər 2006-ci ilə qədər çempionatlarda fasiləsiz 31 dəfə qarşılaşıblar (reqlamentlə əlaqədar olaraq 1993-cü ildə keçirilən 2-ci çempionatda tərəflər qarşılaşmayıblar). Ötən mövsüm elitaya qayıdan Gəncə klubuyla daha 2 oyun baş tutub.
İndiyə kimi baş tutan 33 oyunda “Kəpəz”in üstünlüyü diqqəti cəlb edir. Ağdam klubunun 12 qələbəsinin qarşılığında gəncəlilər 14 dəfə sevinən tərəf olublar. 7 görüşdə isə komandalar 1 xala razı olub.
Topların fərqinə gəlincə, “Qarabağ” vurduğu 38 qolun qarşılığında 47 dəfə məyus olub. Bu da var ki, ağdamlılar 9 ildi rəqibinə məğlub olmur. 2001-2002 mövsümündə alınmış 3:0-lıq məğlubiyyətdən sonra “Qarabağ” baş tutan 8 qarşılaşmada rəqibinə cəmi 2 dəfə 1 xal almasına imkan verib, 6 oyunu isə qələbəylə başa vurub.
Ötən mövsüm “Qarabağ” hər 2 oyunda qələbə qazanıb. İlk dövrədə Tofiq Bəhramov adına respublika stadionda baş tutmuş “ev” oyununda 3:0-lıq qələbə qeydə alınıb. Rəşad Sadiqov, Georgi Adamiya və Rauf Əliyev komandalarının mövsümdəki ilk böyükhesablı qələbələrini rəsmiləşdiriblər. Bu il fevralın 20-sində Gəncədə baş tutmuş cavab görüşündə isə Ağdam klubu Adamiyanın vurduğu yeganə qolla qələbə qazanıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar