Avropanın bombardiri “Atletiko”da

Avropanın bombardiri “Atletiko”da
XƏBƏR 19 Avqust 2011 / 11:41 1710
-  A +

İspaniyanın “Atletiko” klubu növbəti transferiniu gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisi “Portu”nun kolumbiyalı hücumçusu Radamel Falkaonun keçidini həll edib.

İspanlar ulduz futbolçuya görə, qarşı tərəfə 40 milyon avro ödəyiblər. Ancaq bu məbləğin daha da artacağı gözlənilir. 25 yaşlı forvard tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Falkao ötən mövsüm “Portu”nun heyətində ümumilikdə 38 qol vurub. O, avrokuboklarda 17 dəfə fərqlənməklə Köhnə dünyanın yeni rekorduna imza atıb.


Son xəbərlər