Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Xorvatiyanın "Dinamo" klubu dünən "play-off" görüşü çərçivəsində İsveç "Malmö"sü ilə qarşılaşıb.
Qol.Az-ın məlumatına görə, "Dinamo"nun 4:1 hesabı ilə qalib gəldiyi oyundan sonra komandanın prezidenti Zdravko Mamiç polis bölməsinə aparılıb.
Buna səbəb isə Mamiçin oyundan sonra stadiona daxil olan azarkeşlərə müdaxilə edən polisləri söyməsi və onlara təzyiq göstərməsi olub. Zaqreb polisi də öz növbəsində Mamiçi bölməyə apararaq ifadəsini alıb.
Gecəni polis bölməsində keçirməli olan Mamiçin hər zaman təhlükəsizlik xidmətinin əməkdaşları və jurnalistlərlə problem yaşadığı bildirilir.
Qeyd edək ki, Mamiç ötən mövsüm "Dinamo"nu çempion edən bosniyalı baş məşqçi Vahid Haliloviçlə də dalaşmış və təcrübəli mütəxəssis komandadan ayrılmışdı.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar