"Simurq" qələbə qazandı, "Qəbələ" vahid liderliyə yüksəldi

XƏBƏR 19 Avqust 2011 / 00:04 1619
-  A +

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında III tura start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Qəbələ" öz meydanında AZAL-a 3:0 hesabı ilə qalib gələrək vahid liderliyə yüksəlib.

Günün digər qarşılaşmasında isə "Simurq" "Rəvan"ı qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.


"Qəbələ" - AZAL - 3:0
Qollar: Amil Yunanov, 13 (1:0), 18 (2:0), Elmin İsmayılov, 83 (3:0)


"Simurq" - "Rəvan" - 1:0
Qol:
Oruc Balaşlı, 78 (1:0)

 

Turnir cədvəli

1 "Qəbələ" 3 3 0 0 6-1 9
2 AZAL 3 2 0 1 8-4 6
3 "Neftçi" 2 1 1 0 5-2 4
4 "Turan" 2 1 1 0 5-3 4
5 "Simurq" 3 1 1 1 5-6 4
6 "Rəvan" 3 1 1 1 4-4 4

7 "İnter" 2 1 0 1 3-3 3
8 "Xəzər Lənkəran" 2 1 0 1 4-6 3
9 "Bakı" 2 0 1 1 4-5 1
10 "Kəpəz" 2 0 1 1 3-4 1
11 "Sumqayıt Şəhər" 2 0 0 2 1-5 0
12 "Qarabağ" 2 0 0 2 0-5 0


 

Daha çox


Son xəbərlər