"Şəfa" stadionu təmirə bağlanacaq

"Şəfa" stadionu təmirə bağlanacaq
XƏBƏR 18 Avqust 2011 / 18:42 3546
-  A +

Avqustun 20-də keçiriləcək "İnter" - "Bakı" matçından sonra "Şəfa" stadionunun əsas meydançası plana uyğun kosmetik təmirə bağlanacaq.

Qol.Az-ın "İnter"in rəsmi saytına istinadən verdiyi məlumata görə, otörtüyünün keyfiyyətinin yaxşılaşdırılması məqsədilə meydançaya rezin qırıntılar səpiləcək.

Qeyd edək ki, təmir işləri gələn həftə başlayacaq və Premyer Liqanın növbəti turuna qədər yekunlaşdırılacaq.


 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner