“Gəncədə oynamaq hər zaman çətin olub”
“Düzdür, heyətdə kifayət qədər zədəli futbolçular var. Ancaq buna baxmayaraq, “Kəpəz”lə oyuna çox ciddi hazırlaşırıq”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Emin İmaməliyev deyib. Səfərdə komandasını çətin oyun gözlədiyini söyləyən Emin Gəncəyə ancaq qələbə üçün yollanacaqlarını bildirib:
“Hamımız bilirik ki, “Kəpəz”lə bizi çətin oyun gözləyir. Gəncədə oynamaq hər zaman çətin olub. Amma inşallah, meydana çıxıb, sonadək mübarizə aparacağıq. Gəncəyə 3 xal üçün gedirik”.