Ağdamın "Qarabağ" klubu Premyer Liqanın növbəti turunda "Kəpəz"lə qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Gəncədə baş tutacaq qarşılaşmaya hər gün bir məşqlə hazırlaşır.
Komandanın orta sahədəki əsas oyunçularından olan Namiq Yusifov oyunöncəsi son durumu və rəqibi dəyərləndirib:
"Məlum olduğu kimi "Kəpəz"lə oyuna çoxsaylı itkilərlə hazırlaşırıq. Bu da istər-istəməz hazırlığımıza təsir göstərir. Amma inanıram ki, "Kəpəz"lə oyuna çıxan futbolçular bu boşluğu aradan qaldıracaq. Meydana çıxanlar ən yaxşısını edəcəklər.
Konkret kimisə fərqləndirmək düzgün olmazdı. Bizdə meydana kim çıxırsa, sona qədər mübarizə aparır. Axı, rəqibimiz də yetərincə vuruşan komandadı. Evdə güclü azarkeş dəstəyi ilə oynayacaqlar. Keçən il də onlarla oyunumuz çətin alınmışdı.
"Turan"a uduzduqlarına görə məğlubiyyəti unutdurmaq istəyəcəklər. Həm də demək olarki Premyer Liqada zəif komanda qalmayıb. İlk 2 turdakı nəticələr də bunu göstərir. Oyun tarix baxımından da maraqlıdı.
"Qarabağ" - "Kəpəz" oyunu həmişə maraqlı olmasıyla yadda qalıb. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar