Emin İmaməliyev: “Zədəm elə də ciddi deyil”

Emin İmaməliyev: “Zədəm elə də ciddi deyil”
XƏBƏR 18 Avqust 2011 / 16:24 1767
-  A +

"Qarabağ"ın təcrübəli yarımmüdafiəçisi Emin İmaməliyevin zədəsi elə də ciddi deyil. Futbolçu bu gündən etibarən məşqlərə başlayacaq.

Bu barədə Qol.Az-a açıqlamasında İmaməliyev özü mməlumat verib. Onun sözlərinə görə, "Kəpəz"lə qarşıdakı oyunda komandasına kömək edə biləcək.

"Zədəm elə də ciddi deyil. Sadəcə əzələmdə bir az bərkimə əmələ gəlmişdi. Ona görə də məşqlərə qatılmırdım. Tibbi müayinədən keçdikdən sonra həkimlər istirahət etməli olduğumu bildirdilər. Ancaq indi yaxşıyam. İnşallah, "Kəpəz"lə oyunda komandama kömək edə biləcəm".

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir