İtaliyanın “İnter” klubunun və Kamerun milli komandasının hücumçusu Samuel Eto'O Mahaçqalanın Anji komandası ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Qol.Az-ın İtaliyanın “La Gazzetta dello Sport” qəzetinə istinadən verdiyi məlumata görə, Samuel Eto'O 3 il ərzində hər il üçün 20 milyon avro əməkhaqqı müqabilində müqavilə imzalamağa razılaşıb.
Ancaq “Anji” hələ də oyunçunun transfer məbləği barədə “İnter”lə razılıq əldə edə bilməyib. Avqustun 17-də hər iki klubun təmsilçiləri Milanda görüşüblər.
“Anji” Samuel Eto'O üçün 22 milyon avro təklif edir, “İnter” isə oyunçunu 30 milyon avroya satmaq istəyir. Bu gün “Anji” klubunun agenti German Tkaçenko “İnter” klubunun rəhbərliyi ilə yekun danışıq aparacaq.
Qəzet yazır ki, tərəflər oyunçunun “Anji”də çıxışından asılı olaraq onun 25 milyon avroya Rusiya klubuna transferi barədə razılığa gələ bilərlər.
“Tribalfootball.com” saytı isə yazıb ki, “Anji” nəinki Samuel Eto'O, o cümlədən “İnter”lə razılığa gəlib, sadəcə, müqaviləni rus və italyan dillərində hazırlamaq, son variantı isə ingilis dilində imzalamaq qalıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar