AÇ-2012-nin final mərhələsinin püşkü nə vaxt atılacaq?

AÇ-2012-nin final mərhələsinin püşkü nə vaxt atılacaq?
XƏBƏR 18 Avqust 2011 / 15:53 1668
-  A +

Futbol üzrə 2012-ci il Avropa çempionatının final mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib.
 
Qol.Az-ın məlumatına görə, püşkatma mərasimi dekabr ayının 2-də Ukraynada keçiriləcək. Tədbir Kiyevdə yerləşən möhtəşəm Milli Sarayda baş tutacaq.

Püşkatma nəticəsində 16 kollektiv hər birində 4 komanda olmaqla 4 qrupa bölünəcək. Qeyd edək ki, final mərhələsinə bir-başa qatılacaq 3 komanda – son dünya çempionu İspaniya və Avro-2012-nin təşkilatçıları  Ukrayna və Polşa milliləri ilk səbətdə yer alacaqlar.
Püşkatma mərasiminə qədər UEFA ən yaxşı göstəriciyə malik dördüncü komandanı da birinci səbətə göndərəcək.

Mərasimində Avropa Çempionatının oyunları üçün hazırlanmış top da təqdim olunacaq. Tədbiri müxtəlif ölkələrdən olan 500-ə yaxın kütləvi informasiya vasitəsi işıqlandıracaq.

Xatırladaq ki, Avro-2012-nin şüarı “Tarixi birgə yazaq” adlanır.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir