Premyer Liqanın II turu daha bir futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub. Qol.Az-ın məlumatına görə, sloveniyalı Dejan Rusiç karyerasında ilk dəfə cənub klubunun formasında meydana çıxıb. AZAL-la səfər oyununun son 9 dəqiqəsində iştirak edən hücumçu “Xəzər Lənkəran”ın tarixinə 132-ci futbolçu kimi düşüb.
Dejan cari mövsüm komandada debüt edən 6-cı futbolçu olub. Ondan əvvəl Avroliqa oyunlarında baş məşqçi Mirça Rednik Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa debüt imkanı verib.
Bu matçadək komandanın şərəfini qorumuş 131 oyunçudan 52-si yerli, 79-u əcnəbi olub. Rusiç bu siyahıya 80-ci legioner kimi düşüb. O, həm ilk sloveniyalı kimi klubun tarixinə düşüb. Rusiçə qədər komandada oynamış gəlmələrin təmsil etdiyi 28 ölkə arasında Sloveniya olmayıb. Bu ölkə “Xəzər Lənkəran”a oyunçu verən 29-cu ölkə olub.
“Xəzər Lənkəran” forması geyinən legionerlər ölkələr üzrə:
Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya – hərəsi 1.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar