Avqustun 22-dən 29-a qədər Almaniyanın Frankfurt şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, yığmamız avqustun 29-da London şəhərinə yola düşəcək və sentyabrın 1-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə yığması ilə qarşılaşacaq.
Sentyabrın 4-dən 7-dək komandamız Belçikanın Antverpen şəhərində olacaq. Sentyabrın 6-da AÇ-nin seçmə mərhələsində Belçika U-21 – Azərbaycan U-21 oyunu keçiriləcək.
Təlim-məşq toplanışı və oyunlar üçün yığmamızın heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Umarov Osman – «Qarabağ»
Quliyev Tərlan – «Neftçi»
Qarayev Qara – «Qarabağ»
Məmmədov Novruz – «Bakı»
Seyidov Mirhüseyn – «Neftçi»
Quliyev Eşqin – «Sumqayıt Şəhər»
Mustafayev Emin – «Sumqayıt Şəhər»
İsgəndərov Tural – «Qarabağ»
İmamverdiyev Cavid – «Neftçi»
Həsənov Orxan – «Sumqayıt Şəhər»
Nurəhmədov Kamil – «Sumqayıt Şəhər»
Rəhimov Fərrux – «Rəvan»
Ağayev Səlahət – «İnter»
Abdullayev Araz – «Everton» (İngiltərə)
Quluzadə Amit – «Erciyyespor» (Türkiyə)
Zaytsev Mixail – «Anji» (Rusiya)
Balayev Emil – «Sumqayıt Şəhər»
Hüseynov Bədavi – «Anji» (Rusiya)
Qross Aleksandr – «Sumqayıt Şəhər»
Əhmədov Hacı – «Sumqayıt Şəhər»
Özkara Cihan – «Sivasspor» (Türkiyə)
Gökdəmir Əli – «Hannover 96» (Almaniya)
Qeyd edək ki, Novruz Məmmədov, Mirhüseyn Seyidov, Qara Qarayev, Cavid İmamverdiyev, Tərlan Quliyev, Cihan Özkara, Əli Gökdəmir və Amit Quluzadə yığmanın heyətinə avqustun 28-də qoşulacaq.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi