Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun da şərəfini qoruduğu Rusiya "Volqa"sının israilli legioneri Dani Bondarv klubun rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, İsrail millisinin üzvü müsahibə zamanı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində komanda yoldaşı Vaqif Cavadova qarşı oynayacağını xüsusilə vurğulayıb:
"Əlbəttə, bu çox maraqlı qrupdur. Əvvəla, mən çempionatında çıxış etdiyim ölkənin yığmasına qarşı oynayacağam. Digər tərəfdən isə komanda yoldaşım Vaqif Cavadovun şərəfini qoruduğu Azərbaycan millisi ilə qarşılaşacağam.
Təbii ki, bu görüşlər mənim üçün xüsusi əhəmiyyət daşıyır. Lakin "Volqa"nın heyətində Rusiya yığmasının bir üzvü olsaydı, bu daha maraqlı olardı. Üç yığmanın futbolçusunun bir komandada çıxış etməsi maraq doğurmaya bilməz.
Bununla belə, mən düşünürəm ki, əsas mübarizə Portuqaliya, Rusiya və İsrail yığmaları arasında gedəcək. Ancaq Şimali İrlandiyanı da yaddan çıxarmaq olmaz. İkinci yeri hansı komandanın tutacağı haqda bir şey deyə bilmərəm. Çünki bu qrupda hər şey baş verə bilər. Ona görə də, bütün oyunlara hazır olmalıyıq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar