"Fənərbaxça" klubunun uruqvaylı müdafiəçisi son zamanlar komandadan ayrılacağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Qol.Az-ın məlumatına görə, Luqano Türkiyədə xoşbəxt olduğunu və "Fənərbaxça"nı tərk etmək niyyətində olmadığını vurğulayıb:
"Son zamanlar haqqımda çox xəbərlər yayıldı. Lakin bunların hamısı yanlışdır. Mən Türkiyədə xoşbəxtəm və "Fənərbaxça"nı tərk etmək niyyətim yoxdur.
Yeni mövsümdə Çempionlar Liqasında oynayacağımızı səbirsizliklə gözləyirəm. Ötən mövsüm çempion olduq və bu uğurun davamını gətirmək istəyirik".
Təcrübəli müdafiəçi eyni zamanda Türkiyədə danışılmış oyunlarla bağlı istintaqın davam etdirilməsinə də münasibət bildirib: "Bu xoşagəlməz hadisə Türkiyə futbolunun imicinə ağır zərbə oldu. Uruqvay millisinin düşərgəsində belə, məndən Türkiyədə baş verənlər haqda soruşurdular.
Mən də sona qədər mübarizə aparmaqla çempion olduğumuzu və bunu növbəti oyunlarda da sübut edəcəyimizi bildirdim. Düşünürəm ki, Türkiyənin sarsılmış imicini geri qaytarması hələ bir neçə il çəkəcək".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar