“İnter”in braziliyalı müdafiəçisi Lusionun gələcək taleyinə aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu 2014-cü ilə qədər Milan klubunun şərəfini qoruyacaq. “Sambaçı” 2012-ci ildə başa çatacaq müqaviləsinin müddətini daha iki il uzadıb.
Qeyd edək ki, Lusio “İnter”ə 2009-cu ildə “Bavariya”dan keçib. Son vaxtlar müdafiəçinin komandadan ayrılacağı ilə bağlı məlumatlar dolaşırdı. Ancaq braziliyalı futbolçu yeni müqaviləyə imza atmaqla, heç yerə getməyəcəyini göstərib.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər