“İnter”in prezidenti: “Sneyder toxunulmazdır”

“İnter”in prezidenti: “Sneyder toxunulmazdır”
XƏBƏR 17 Avqust 2011 / 15:34 1453
-  A +

“İnter”in prezidenti Massimo Moratti komandanın hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderlə bağlı gəzən söz-zöhbətlərə son nöqtəni qoyub.

Qol.Az-ın məlumatına görə, Morattti ulduz futbolçunun satılmayacağını bildirib. Klub prezidenti Sneyderi toxunulmaz oyunçu adlandırıb:

“Eto`O “İnter”dən ayrılan sonuncu oyunçu olacaq. Onsuz da Sneyderi satmaq fikrimiz yox idi. Samuelin gedişi isə bu fikrimizi daha da qətiləşdirir. Sneyder toxunulmazdır. O, bu mövsümdə də “İnter”in şərəfini qoruyacaq”.

Qeyd edək ki, hollandiyalının xidmətində İngiltərənin “Mançester Yunayted” klubu maraqlıdır.

Son xəbərlər