Rekordun bir addımlığında

Rekordun bir addımlığında
XƏBƏR 17 Avqust 2011 / 12:38 1633
-  A +

“Barselona”nın hücumameylli yarımmüdafiəçisi Lionel Messi İspaniya Superkubokunun tarixinə düşə bilər.

Qol.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu “Real”la Superkubokun cavab oyununda fərqlənə bilsə, Madrid klubunun sabiq hücumçusu Raul Qonzalesin rekordunu təzələyəcək.

Qeyed eək ki, Raul bu günə qədər Superkubok matçlarında 7 qol vurub. Messinin aktivində isə 6 top var. 34 yaşlı Raulun rekordunu yeniləmək üçün argentinalı ulduza cəmi bir qol kifayət edir.

Son xəbərlər