“Barselona” növbəti transferini gerçəkləşdirdi
İspaniyanın “Barselona” klubu daha bir gənc futbolçunu heyətinə qatıb. Qol.Az-ın məlumatına görə, kataloniyalılar “Sevilya”nın 21 yaşlı hücumçusu Rodrinin transferini həll edib.
İstedalı oyunçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Onun keçidi “Barselona”ya yarım milyon avroya başa gəlib.
Qeyd edək ki, Rodri hələlik “Barsa”nın əvəzedici komandasında çıxış edəcək.