“Mançester Siti” avrokuboklardan kənarlaşdırıla bilər
UEFA “Mançester Siti” ilə bağlı araşdırmalara başlayıb. Qol.Az-ın məlumatına görə, ali futbol qurumu ingilis klubunun maliyyə fəaliyyətində qanun pozuntuları aşkarlayıb.
Hazırda UEFA-nın Xüsusi Komitəsi komandanın və onun sponsoru Etihad aviaşirkətinin maliyyə əməliyyatları ilə yaxından maraqlanır. Komitə üzvlərinin fikrincə, klub və ərəb şirkəti arasında bağlanmış sponsorluq müqaviləsi Fair-Play prinsiplərini poza bilər.
Belə olan halda isə “Mançester Siti” UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarda qala bilər.