«Bakı» klubu AFFA-nın İntizam Komitəsinin komandanın hücumçusu Vilya Roşa Batista barəsində altı oyunluq diskvalifikasiya qərarıyla bağlı bəyanat yayıb. Qol.Az-ın məlumatına görə, bəyanatda bu qərar ədalətsizlik və qeyri-obyektiv qərar kimi dəyərləndirilib: «Oyun başa çatandan dərhal sonra aparılan daxili araşdırma nəticəsində məlum olub ki, komandamızın futbolçusu Vilyam Roşa Batista protokolda qeyd olunduğu kimi, hakimə qarşı təhqiredici hərəkətə yol verməyib. Batistaya qarşı açıq-aşkar qayda pozuntusu yer alan oyun epizodunda hadisə yerindən 2-3 metr məsafədə mövqe tutan yan hakimin əks qərar qəbul etməsindən, əsəb və gərginliyin təsiri altında etirazını bildirib.
Təbiidir ki, matçın yan hakimi İlham Əliyevin gözü qarşısında Batistaya qarşı baş verən qayda pozuntusunun qeydə almaması oyunçunun emosional durumuna təsir göstərib, həmin dəqiqələrdə hesabda geri olan komandanın bir üzvü kimi açıq-aydın qayda pozuntusunu “görməyən” hakimə özünəməxsus şəkildə etirazını bildirən Vilyam Roşa Batista oyun sonrası hisslərə qapıldığını etiraf edərək, hakim briqasından üzr istəyib.
Bununla bərabər, qeyd etməyi vacib sayırıq ki, oyun protokolu və NİK iclasının qərarında qeyd edildiyi kimi oyunçunun hakimə və yaxud başqa bir yarış iştirakçısına qarşı tüpürmə halı baş verməyib. “Bakı” futbol klubu baş verməyən bir hadisənin oyun protokolunda yer alması, bunun nəticəsində də futbolçumuzun cəzalandıqılmasının ədalətsiz qərar olduğunu, epizodda tüpürmə halının baş vermədiyini əsas götürərək NİK-in 13 mart 2009-cu il tarixli qərarı ilə razılaşmır və yenidən baxılmasını tələb edir».
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında