"Arsenal"ın gənc ulduzu Teo Uolkotun avtobioqrafik kitabı İngiltərədə böyük səs-küyə səbəb olub.
Qol.Az-ın məlumatına görə, Uolkot bu kitabda təkcə öz karyerası haqda deyil, İngiltərə milli komandasının düşərgəsində nələrin baş verdiyini də qeyd edib.
Kitabda daha çox DÇ-2010-dan öncə komandanın Avstriyadakı təlim-məşq toplanışına geniş yer verilib. Burada baş məşqçi Fabio Kapellonun oyunçulara qarşı çox aqressiv davranması və hər zaman qaşqabaqlı olması xüsusilə qeyd olunub.
Uolkotun yazdığına görə, Avstriyadakı təlim-məşq toplanışında komanda daxilində "Aston Villa" və "Mançester Yunayted" qrupu formalaşmışdı. Heç kəs bir-birilə danışmırdı. Kapellonun yemək zamanı komandanın hücumçusu Emil Heskeyə doğru boşqab atdığı da bildirilir.
Uolkotun kitabında yazdığı bu məlumatlar İngilətərədə böyük səs-küyə səbəb olmaqla yanaşı, Kapellonu da özündən çıxarıb.
Artıq bu hadisədən sonra Kapellonun AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Uelslə keçiriləcək oyunlarda Uolkota şans verəcəyi böyük maraq doğurur.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar