Qazaxıstanın “Aktau” klubunun 10 yaşlı komandasının baş məşqçisi Maksim Melnikov Bakıya "İnter"in rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, Melnikov səfərin məqsədi, “İnter”lə keçirilən yoldaşlıq görüşü və Qazaxıstanda uşaq-yeniyetmə futbolundakı vəziyyət haqda danışıb:
- Öncə Azərbaycana səfərinizin hansı məqsəd daşıdığını bilmək istərdik?
- Deyim ki, komandamız çox gəncdir, cəmi 1 ildir fəaliyyət göstərir. Bakıya təcrübə toplamaq məqsədilə gəlmişik. Mahiyyət etibarilə ölkələrimiz qonşudurlar və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsini istərdik. Bizim hardasa futbol sahəsində təcrübənin mənimsənilməsinin yaxşılaşmasını arzulayırıq.
- Məktəbinizin fəaliyyəti barədə nə deyə bilərsiniz?
- İdman məktəbimizdə müxtəlif yaş kateqoriyalı futbol komandaları var. Daimi yarışlar keçirilir. Bundan başqa, ölkə xaricinə də gedirik. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu il 1995 və 1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandalarımız Qazaxıstan çempionatında 3-cü yerləri tutublar.
- Bu gün rəhbərlik etdiyiniz komanda “İnter”in 10 yaşlı komandası ilə yoldaşlıq matçı keçirdi. Baxmayaraq ki, böyük hesablı məğlubiyyətə uğradınız, komandanız sonadək mübarizə apardı. Matç barədə fikirlərinizi bilmək istərdik...
- Bizim çox sayda çatışmazlıqlarımız var, onlar üzərində çox işləmək lazımdır. Məhz belə matçlar sayəsində hər bir oyunçu artırır və səviyyəcə yüksəlir. “İnter” bizdən daha güclüdür və oyun da bunu təsdiqlədi. Yaxşı komandanız var, bütün futbolçuların hər biri özüməxsus şəkildə yaxşıdır.
- Qazaxıstanda uşaq-yeniyetmə futbolunun vəziyyəti barədə bilmək istərdik...
- Bizdə futbolçuların yetişdirilməsinə böyük diqqət ayrılır. Uşaq futboluna lazımi maliyyə vəsaitləri yatırılır. Əsas çatışmazlıqlardan biri lazımi səviyyədə infrasrtukturun olmamasıdır.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar