"İnter"in 10 yaşlı komandasının baş məşqçisi Rövşən Babayev klubun rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, Babayev əsasən "Aktau" ilə keçirilən yoldaşlıq görüşü və komandasının planları haqda danışıb:
- İlk öncə oyun barədə nə deyə bilərsiniz?
- Almaniyada iyun ayında keçirilən turnirdən sonra komandamız yay tətilinə çıxdı. Bir az olardı ki, məşqlərə başlamışdıq, "Aktau" ilə yoldaşlıq oyununun keçirilməsi barədə təklif aldıq. Oyunun nəticəsindən və keyfiyyətindən razı qaldım. Görünürdü ki, oyunçular yay tətilini yaxşı keçiriblər və istirahətdən başqa məşqçi heyətinin tapşırıqlarını fərdi şəkildə yerinə yetiriblər.
- Fasilədə meydançaya yeni oyunçular buraxdınız. Yeni mövsümdə komandanızın heyətində yeni istedadlar görə biləcəyikmi?
- Biz yerimizdə oturmamağa, seleksiya işilə məşğul olmağa çalışırıq. Fəal şəkildə yeni istedadlı uşaqlar axtarırıq. Fasilədən sonra meydançaya yeni futbolçular çıxdılar və onlardan ikisi-İkram Həsənli və Nicat Əliyev kifayət qədər inamlı oyun sərgilədilər.
- Almaniyaya səfəri xatırladınız. Yeni mövsümdə komandanız hər hansı bir beynəlxalq turnirdə iştirak edəcəkmi?
- Ötən mövsüm biz Almaniya və Rusiyada keçirilən 2 turnirdə iştirak etdik. Sevindirici haldır ki, hər iki turniri uğurla başa vurduq və vətənə medallarla qayıtdıq. Bu mövsüm bir çox belə turnirlərdə iştirak etməyi planlaşdırırıq. Belə ki, minimum 4 turnirə qatılmağı düşünürük. Uşaq futbolunun inkişafı üçün lazımi şəraiti yaratdığına görə “İnter”in rəhbərliyinə təşəkkürümü bildirirəm. “İnter”in məşqçi heyəti də bu qayğını doğrultmaq üçün əlindən gələni əsirgəmir və uşaq futbolunu fəal şəkildə inkişaf etdirir.
- Sizin problemlərinizdən biri 2001-ci il təvəllüdlü futbolçular arasında çempionatın keçirilməməsidir. Daimi oyun keçirmədən oyunçularınızın formasını necə saxlayırsınız?
- Bəli, çempionatın keçirilməməsi əsas problemimizdir. Oyun praktikasını saxlamaq üçün ötən mövsüm 1 yaş böyük olan komandaların mübarizə apardıqları “Sabahın ulduzları” turnirində iştirak etdik. Bundan başqa, tez-tez ölkəmizin müxtəlif rayonlarına səfər edirik və yerli komandalarla görüşlər keçiririk.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar