“Fənərbaxça”nın hücumçusu vətəninə qayıdır

“Fənərbaxça”nın hücumçusu vətəninə qayıdır
XƏBƏR 16 Avqust 2011 / 18:33 2103
-  A +

“Fənərbaxça”nın təcrübəli hücumçusu Daniel Guizanın komandadan göndəriləcəyi dəqiqləşib.

Qol.Az-ın məlumatına görə, faktı “sarı-lacivərdlilər”in baş məşqçisi Aykut Kocaman da təsdiqləyib. Gənc mütəxəssis ispan forvardın Almaniyadakı təlim-məşq toplanışına aparılmamasını da bununla izah edib.

Qeyd edək ki, Guiza ilə İspaniyanın “Real Betis” klubu yaxından maraqlanır. "Oxçu" ləqəbli hücumçunun da məhz bu kluba keçəcəyi gözlənilir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner