Anelka “Çelsi”dən ayrılır

Anelka “Çelsi”dən ayrılır
XƏBƏR 16 Avqust 2011 / 18:00 1882
-  A +

“Çelsi”nin fransız hücumçusu Nikola Anelka komandada ayrılmaq qərarına gəlib. Qol.Az-ın məlumatına görə, buna təcrübəli futbolçunun Premyer Liqanın ilk turunda “Stok Siti” ilə görüşdə ehtiyatda qalması səbəb olub.

“Zadəganlar”ın yeni baş məşqçisi Andre Villaş-Boaş həm Didye Droqba, həm də Anelkanı start heyətdə meydana buraxmayıb. Portuqaliyalı mütəxəssis həmin görüşdə Fernando Torresin xidmətindən yararlanıb.

Sözsüz ki, 33 yaşlı çalışdırıcının bu hərkəti Anelkaya xoş gəlməyib. Elə bu səbəbdən də fransız forvard “Çelsi” ilə yollarını ayırmağa hazırlaşır.

Son xəbərlər