Premeyr Liqada 3 turun proqramı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, oyunlar 3 gündə keçiriləcək. İlk oyun gününə iki qarşılaşma təsadüf edir. “Qəbələ” doğma meydanda AZAL-ı, “Simurq” isə “Rəvan”ı sınağa çəkəcək.
İkinci oyun günündə də kifayət qədər maraqlı oyunlar baş tutacaq. Turun mərkəzi görüşü isə “İnter” və “Bakı” klubları arasında olacaq.
Tura bazar günü keçiriləcək “Neftçi” – “Sumqayıt-Şəhər” və “Kəpəz” – “Qarabağ” matçları ilə yekun vurulacaq.
19 avqust (cümə)
"Qəbələ" - AZAL
Qəbələ şəhər stadionu. Saat 17:00
"Simurq" - "Rəvan"
Zaqatala şəhər stadionu. Saat 20:00
20 avqust (şənbə)
"Xəzər Lənkəran" - "Turan"
Lənkəran şəhər mərkəzi stadionu. Saat 19:30
"İnter" - "Bakı"
"Şəfa" stadionu. Saat 21:00
21 avqust (bazar)
"Neftçi" - "Sumqayıt Şəhər"
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
"Kəpəz" - "Qarabağ"
Gəncə şəhər stadionu. Saat 17:00
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”