“Onların çoxlu pulu var”
Hollandiya millisi və “Bavariya”nın hücumçusu Aryen Roben Almaniya mətbuatına maraqlı açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, ulduz futbolçu gələcəkdə rus klublarından birində çıxış edəcəyini istisna etməyib. Təcrübəli forvard daha çox “Anji”də oynamaq istədiyini bildirib:
“Anji” haqqında eşitmişəm. Onların çoxlu pulu var. Ancaq hələlik gələcəyim haqqında danışmaq istəmirəm. 27 yaşım var və “Bavariya”da xoşbəxtəm. Ancaq həyatdır. Gözəl günlərin birində rus klublarınadan birinə transfer oluna bilərəm”.
Qeyd edək ki, Roben artıq üçüncü mövsümdür ki, Münhen klubunda çıxış edir. Bundan əvvəl isə hollandiyalı hücumçu PSV, “Çelsi” və “Real” kimi Avropa nəhənglərinin şərəfini qoruyub.