Premyer Liqanın II turunun AZAL-la oyununda əldə olunan böyük hesablı qələbə “Xəzər Lənkəran” üçün bır sıra maraqlı faktlarla əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, 3:0 hesablı qələbə həm cari, həm tarixi baxımdan əhəmiyyət kəsb edib. Komanda cari mövsümdə çıxdığı 4-cü oyunda (2-si Avroliqa, 2-si Premyer Liqa) 1-ci dəfə böyük hesablı qələbə qazanıb.
“Xəzər Lənkəran” sonuncu belə qələbəsini ötən mövsüm, aprelin 23-də qazanmışdı. İndi olduğu kimi, həmin vaxt da rəqib AZAL idi. 113 gün əvvəl də komanda 3 cavabsız qol vursa da həmin vaxt öz meydanında qalib gəlmişdi. Bu 2 matç AZAL-la rəqabət dövründə qeydə alınan 2 böyük hesablı nəticədir.
Yeri gəlmişkən, bu, baş məşqçi Mirça Rednikin bu postda 3-cü böyükhesablı qələbəsidir. İki dəfə AZAL-ı məğlub edən Rednikli “Xəzər Lənkəran” MOİK-ə də eyni – 3:0 hesabı ilə qalib gəlmişdi.
Rednikli ilk 2 fərqli qələbə öz meydanımızda qazanılmışdısa rumıniyalı ilk dəfə səfər darmadağınına sevinib. Cənub təmsilçisi sonuncu dəfə rəqib meydanında 2009-cü il noyabrın 29-da coşmuşdu. 623 gün öncə “Bakı” ilə səfər oyununda 3:0-a sevinmişdik.
Premyer Liqada çıxış etdiyi 2004/05 mövsümündən bəri “Xəzər Lənkəran” hər çempionatda böyükhesablı qələbə qazanıb.
Ümumilikdə isə belə qələbələrin sayı artıq 32-yə çatıb.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 1
Cəmi - 32
Ölkə çempionatı ilə yanaşı Azərbaycan kubokunda da böyükhesablı qələbələr olub. Bu yarışda 10 dəfə “Xəzər Lənkəran” rəqibinə aman verməyib.
2005/06 – 2
2006/07 – 3
2007/0/8 – 3
2008/09 – 2
Bu isə o deməkdir ki, AZAL-la oyunda "Xəzər Lənkəran" tarixinin 42-ci böyük hesablı qələbəsini qeyd edib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar