İrlandiya milli komandasının hücumçusu Robi Kin karyerasını Amerika Liqasında davam etdirəcək.
Qol.Az-ın məlumatına görə, "Tottenhem"lə yollarını ayıran Kin Devid Bekhemə komanda yoldaşı olub.
Üç il öncə Avropanın ən aparıcı hücumçularından olan Kin 2008-ci ildə 30 milyon avro qarşılığında "Liverpul"a transfer olunmuşdu.
Lakin futbolçunun "Liverpul" macərası cəmi 7 ay çəkib. Yenidən "Tottenhem"ə qayıdan Kin keçirdiyi 306 oyunda 123 dəfə fərqlənib.
Hazırda isə Kin karyerasında yeni səhifə açaraq okeanın o tayına gedir. Futbolçunun karyerasını məhz Amerikada başa vuracağı bildirilir.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”