Azərbaycanın 17 yaşlı qadın futbolçularından ibarət yığmasının baş məşqçisi Sisi Rayt komandasının İsveçrədəki təlim-məşq toplanışı haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına müsahibə verən almaniyalı mütəxəssis bu haqda belə danışıb:
"Bu, bizim burada yüksək şərtlər altında məşq keçməyimiz üçün əla imkan idi. Biz burada çox gözəl qarşılandıq və eyni zamanda UEFA-nın bu sahədə necə işlər gördüyünün canlı şahidi olduq.
Ölkə xaricinə getdikdə isə bizim əsas məqsədimiz daha çox yoldaşlıq oyunları keçirməkdir".
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”