“İnter”in yarımmüdafiəçisi Asif Mirili klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, gənc oyunçu “Qarabağ”la oyun barədə fikirlərini bölüşüb:
"Biz bilirdik ki, çox çətin olacaq və oyun düşündüyümü yalnız təqdiqlədi. Belə isti havada oynamaq ağır idi. Düşünürəm ki, bərabər səviyyəli qarşılaşma baş tutdu. Hər iki komandanın şansları yarandı, lakin “Qarabağ” daha dəqiq oldu. Rəqib səhvimizdən istifadə edərək hesabı açdı.
Oyunda bərabərlik qolunu vurmağa çalışdıq, lakin alınmadı. Əlbəttə, məğlub olmaq xoş deyil, ancaq digər tərəfdən bu məğlubiyyət bizə lazımi nəticələr çıxarmağa və növbəti oyunlarda belə səhvlər buraxmamağa kömək edəcək.
Bacarığımı nümayiş etdirmək üçün mənə şans verdiyinə görə baş məşqçi Kaxaber Sxadadzeyə təşəkkürümü bildirmək istəyirəm. Mən artıq 2 dəfə meydana çıxmışam və bu oyunlar mənim üçün qiymətli təcrübə oldu. Gələcəkdə daha yaxşı oyun sərgiləmək istəyirəm, ancaq bunun üçün üzərimdə çox işləmək lazımdır".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi