Ağdamın "Qarabağ" klubu dünən "İnter"i məğlub etməklə "bankirlər" üzərində qələbə seriyasını 4-ə çadırıb.
Ötən mövsümün dekabrın 1-dən başlayan seriyada "Qarabağ" növbə ilə 1:0, 2:0, 1:0,1:0 hesabıyla qələbə qazanıb.
Maraqlıdı ki, 4 oyunda vurulmuş 5 qolun 3-nə Rauf Əliyev (ilk 2 oyunda – 1:0 və 2:0) 2-sinə Adamiya (2:0 və 1:0) imza atıb. Ötən mövsümün son oyununda Adamiya Suraxanıda baş tutmuş görüşdə Rəşad Sadiqovun qazandığı penaltini qola çevirməklə Raufun qol seriyasını "saxlamışdısa" hücumçu Quzanlıda baş tutmuş oyunlarda "İnter"ə ilk qolunu vurmaqla yanaşı "bankir"lərə qarşı şəxsi göstəricilərini də yaxşılaşdırıb.
Ümumiyyətlə, 22 yaşlı forvard bir növ "İnter"lə oyunlarda püxtələşib. Düzdü, Rauf "Qarabağ"da ilk qolunu 2006-2007 mövsümünün ikinci yarısında, konkret desək, 2007 ci ildə mayın 2-də "Qarabağ"ın heyətində ilk dəfə rəsmi matça (!) çıxdığı gün fərqlənib.
"Gənclərbirliyi"nin darmadağın edildiyi oyunda (3:0) Rauf 50-ci dəqiqədə ilk qolu vurmuşdu. Cəmi 16 gün sonra isə Rauf "İnter"ə qarşı ilk oyununa çıxıb və gözəl oyun və məşhur Yoloviçə qarşı etdiyi gözəl fintiylə yadda qalıb. "Qarabağ" "Şəfa" stadionunda baş tutan oyunda 1:0 hesabıyla məğlub olsa da, Rauf həmin görüşün ən yaxşı oyunçusu seçildi.
"İnter"in qapısına qol vurmaq isə Raufa növbəti mövsüm nəsib oldu. 2007-2008 mövsümünün 1/4 finalında "Qarabağ" evdə "İnter"i qəbul edirdi. Martın 6-da baş tutmuş görüşdə "Qarabağ" 1:0 hesabda geridə idi.
Matçın 57-ci dəqiqədə Rauf Elşən Məmmədovun yerinə oyuna daxil olur. 4 dəqiqə sonra isə o zaman 18 yaşı olan Əliyev baxımlı qola imza atır. "İnter" növbəti dəfə hesabda önə keçsə də, 85-ci dəqiqədə Rauf daha bir gözəl qola imza atmaqla həm karyerasında ilk dublunu rəsmiləşdirir, həm də komandasını məğlubiyyətdən qurtarır.
Quzanlıda "İnter" üzərində ilk qələbənin memarı olan Rauf eyni zamanda 2009-cu ilin mayın 3-də eyni məkanda baş tutmuş ilk oyun zamanı stadionda vurulan ilk qolda Sedat Sainiyə asistentlik etməklə yadda qalmışdı.
Mənbə: "Qarabağ" Futbol Klubunun Mətbuat Xidməti
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi