Premyer Liqada ilk oyununa çıxan "Neftçi"nin "Rəvan"ı 1:0 hesabı ilə məğlub etdiyi görüşdə komandanın yeganə qoluna imza atan Bahadır Nəsimov klubun rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, özbəkistanlı hücumçu bu qolu atasına həsr etdiyini söyləyib: "Valideynlərimi Bakıya dəvət etmişdim. Atam "Rəvan"la oyunu stadiondan izləyirdi. Qələbə qolunu ona həsr edirəm. Əsas 3 xalı qazanmaq idi.
Çox şadam ki, baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirdiyimiz ilk oyunda qələbə qazandıq. Çalışacağıq ki, onun bizdən tələb etdiyi sistemə uyğunlaşaraq, bundan sonrakı görüşlərdə də yaxşı nəticə əldə edək".
Nəsimov daha sonra oyunun çətin keçdiyini və "Neftçi"nin çempionluq titulunu qoruyacağına inandığını bildirib: "Rəvan"la oyun çox ağır oldu. Əslində, mövsümün ilk oyunları həmişə çətin keçir. Lakin bir tərəfdən də saat 18:00-da, 40 dərəcə istidə oynamaq çətinlik yaradırdı.
Fikrimcə, bu mövsüm 5-6 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bununla belə, çalışacağıq ki, bütün oyunlardan xal qazanıb, çempionluq titulunu qoruyaq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi