Kiyev “Dinamo”sunun futbolçusu Andrey Şevçenko “Arsenal”la Ukrayna çempionatı matçında alt çənəsini qırıb.
Qol.Az-ın “Dinamo”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu həftə 35 yaşlı forvard həkim məsləhəti üçün İngiltərə və ya İtaliyaya yollanacaq.
Məhz bundan sonra Şevçenkonun əməliyyata ehtiyacının olub-olmadığı və yaşıl meydanlara nə zaman qayıda biləcəyi müəyyənləşəcək. Zədə ilə əlaqədar onun məşq etməsinə və qarşıdakı oyunlarda iştirakına qadağa qoyulub.
Qeyd edək ki, Andrey Şençenko “Dinamo” – “Arsenal” matçının ikinci yarısında rəqib futbolçu Vladimir Polevlə ilə hava mübarizəsində toqquşma nəticəsində xəsarət alıb. O, ilkin yardım aldıqdan sonra meydançaya qayıtsa da, 10 dəqiqə sonra dəyişdirilməsini xahiş edib.
Matçın 78-ci dəqiqəsində Şevçenkonu əslən azərbaycanlı komanda yoldaşı Aleksandr Əliyev əvəzləyib. Bunadək təcrübəli forvard 37-ci dəqiqədə hesabı açıb, 38-ci dəqiqədə isə Braun İdeyeyə məhsuldar ötürmə verib. Görüş “Dinamo”nun qələbəsi ilə nəticələnib – 2:0.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi