"Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo dünən İspaniya Superkuboku çərçivəsində "Barselona" ilə keçirilən ilk oyun haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, Ronaldo 2:2 hesabı ilə başa çatan oyundan sonra matçın 82-ci dəqiqəsində ona qarşı edilən kobudluğun penalti kimi dəyərləndirilməməsindən gileylənib:
"Həmin epizodda Valdes bilərəkdən mənim ayağıma təmas etdi. Topu qəbul etməyimə mane olduğu üçün hakim qətiyyətlə penalti nöqtəsini göstərməli idi. Buna heç şübhəm yoxdur. Lakin hakimin qərarı fərqli oldu.
Bununla belə, biz "Barselona"dan daha yaxşı oynadıq. Təəssüf ki, öz meydanımızda qələbə qazana bilmədik. "Barselona"ya qarşı səfərdə daha aqressiv oynayacağıq".
Qeyd edək ki, "Real" - "Barselona" görüşünün cavab qarşılaşması avqustun 17-də "Nou-Kamp"da keçiriləcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi