"Simurq"un kapitanı xəstəxanadan buraxıldı

"Simurq"un kapitanı xəstəxanadan buraxıldı
XƏBƏR 15 Avqust 2011 / 13:53 1605
-  A +

“Bakı” - “Simurq” oyununun sonlarında zədələnərək, əvəzlənən, daha sonra isə vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılan Zaqatala klubunun kapitanı Rasim Ramaldanovun vəziyyəti yaxşıdır.

Bu barədə Qol.Az-ın məxbiri ilə söhbətində “Simurq”un icraçı direktoru Vaqif Əliyev məlumat verib. Əliyevin sözlərinə görə, futbolçunun vəziyyəti yaxşıdır və artıq evə buraxılıb.

Qeyd edək ki, Ramaldanov ötən mövsümdə də oxşar hadisə ilə üzləşmişdi.

 


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir