Türkiyənin “Qalatasaray” klubu Kot d İvuar yığmasının futbolçuları Emmanuel Ebue və Abdul Kader Keyta ilə anlaşıb.
Qol.Az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, İngiltərə “Arsenal”ında çıxış edən Ebue baş məşqçi Fatih Terimin istəyi əsasında transfer olunub. Cinah oyunçusunun özünə ildə 2,2 milyon avro, London klubuna 4,5 milyon avro ödəniləcək. 28 yaşlı yarımmüdafiəçi 12 milyon avroya İspaniya “Atletiko”suna satılan Arda Turanı əvəzləməlidir.
Keyta isə “Qalatasaray”a icarə əsasında qayıdacaq. 30 yaşlı hücumçu 2009-2010-cu il mövsümündə də “sarı-qırmızılar”ın heyətində çıxış edib. Lakin o, intizamsız davranışı ilə əlaqədar ötən ilin yayında Qətərin “Əl-Sədd” klubuna 8,15 milyon avroya satılıb. İndi isə qiyməti yüksək olduğundan, Keyta ildə 800 min avroya icarəyə götürüləcək. Futbolçunun özünə ayda 150 min avro ödəniləcək.
Qeyd edək ki, “Qalatasaray”ın Emmanuel Ebue və Abdul Kader Keytanın keçidi barədə ictimaiyyəti yaxın iki gün ərzində rəsmən məlumatlandıracağı bildirilir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi